2026-cı ilin yanvar – sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 913,4 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz artıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10 milyard 332,6 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 292,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 1 milyard 159,3 milyon manat və ya 12,6 faiz artıb.
2026-cı ilin yanvar – sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 59,7 milyon manat olub, proqnozdan əlavə 267,2 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 401,6 milyon manatdan çox təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 179,9 milyon manatdan çox olub, proqnozdan əlavə 8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 139,5 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 758,8 milyon manata yaxın olub, proqnozdan əlavə 18 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 507 milyon manata yaxın təşkil edib.
Layihənin qəbulu dövlət dəstəyini daha ünvanlı və şəffaf edəcək - Məcnun Məmmədov
Dövlət satınalmalarının vahid internet portalında süni intellekt əsaslı yeni funksiya tətbiq edilib