Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 254 milyon 453,6 min manat vəsait geri qaytarılıb.
"İki sahil" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 % çoxdur.
Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib