08 oktyabr 2026 17:04
233

YAP Kürdəmirdə Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələri müzakirə edib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının 2 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov  vurğulayıb ki, bu Qurultay ölkəmizin müasir siyasi tarixində mühüm dönüş mərhələsinə təsadüf etməsi və Azərbaycanın yeni reallıqlar şəraitində qarşısında dayanan strateji vəzifələri müəyyənləşdirməsi baxımından diqqətəlayiqdir. VIII Qurultayın əvvəlki qurultaylardan fərqləndirən əsas xüsusiyyətlərindən biri Azərbaycanın artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi reallıqda keçirilməsidir. 2020-ci ildəki Zəfərdən sonra yaranan reallıqların bu gün beynəlxalq səviyyədə qəbul edilməsi Azərbaycanın keçdiyi yolun miqyasını göstərir.  Bu yolun ən mühüm nəticələrindən biri 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunmasıdır. 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni səhifə açdı. Müharibə zamanı ölkəyə müxtəlif istiqamətlərdən təzyiqlər göstərilsə də, Azərbaycan öz yolundan dönmədi. Dövlət-xalq birliyi bu sınağın ən mühüm dayaqlarından biri oldu.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  cənab İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplərin yeni tarixi şəraitdə konkret nəticələrə çevrilməsi siyasi varisliyin praktik ifadəsidir. Beləliklə, YAP-ın VIII Qurultayı yalnız partiyanın təşkilati həyatında növbəti mərhələ deyil, həm də Azərbaycanın keçdiyi tarixi yolun nəticələrinə nəzər salmaq və qarşıdakı hədəfləri müəyyənləşdirmək baxımından mühüm hadisə olduğunu bildirib.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərin əsas mahiyyəti Azərbaycanın keçdiyi yolu, bugünkü gücünü və qarşıda duran yeni vəzifələri aydın şəkildə ortaya qoyduğunu bildirib.  Fəsli Nəbiyev Prezident İlham Əliyevin VIII Qurultayda bir çox məqamlara dair yol xəritəsi cızdığını və  beş məqamı -  Ana xəttin dəyişməz qalması, Orta güc dövləti, Zəfərdən sonra üç illik fasiləsiz döyüş, Hərbi gücümüzün artırılması, Təkbaşına qələbəsini təhlil edərək müşavirə iştirakçılarının diqqətinə çatdırıb. O, bildirib ki, cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyan digər məsələ isə hərbi qulluqçularımızın əməkhaqqı və pensiya təminatı ilə bağlı nəzərdə tutulan dəyişikliklərdir.Bu gün Azərbaycan öz sözünü deyən, müstəqil siyasət aparan və gələcəyini özü müəyyən edən güclü dövlətdir.

Çıxış edən Qurultay nümayəndələri   “Şıxımlı kənd 2” ərazi partiya təşkilatının sədri, Kürdəmir regional “Asan xidmət” mərkəzinin direktoru  Ruslan Muradov və Kürdəmir rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sahilə Müseyibova Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik təməli, YAP-ın siyasi fəaliyyəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət ölkənin yeni inkişaf mərhələsinə keçidini şərtləndirən əsas amillərdən olduğunu vurğulayıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.