16 oktyabr 2026 09:10
193

İranla müharibə çox tezliklə bitəcək - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla münaqişə tezliklə başa çatacaq, Vaşinqton və Tehran arasında danışıqlar isə davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə Amerika lideri "Newsmax" telekanalına müsahibəsində bildirib.

"İranla müharibə çox tezliklə bitəcək. O bu və ya digər şəkildə yaxın vaxtlarda başa çatacaq. Onlar bizimlə danışıqlar aparırlar", - Tramp deyib.