Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası "PTV" məlumat yayıb.
"Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanının səbəbsiz atəşinə ağır silahlardan istifadə etməklə effektiv cavab verib", – deyə məlumatda qeyd olunub.
Qeyd olunub ki, cavab zərbəsi nəticəsində Əfqanıstan silahlı qüvvələrinin bir neçə mövqeyi məhv edilib.
Türkiyə ilə Almaniya mövcud münaqişə bölgələri ətrafında fikir mübadiləsi aparıb