18 oktyabr 2026 09:37
163

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilmədən tam söndürülüb.

“İki sahil” xəbər verir ki,  nazirlikdən verilən məlumata görə, yanğın hadisəsi nəticəsində xəsarət alan olmayıb.