Bu gün Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasında 3-cü tur oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, Valdas Dambrauskasın komandası Dortmund "Borussiya"sını qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq. Matçı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Hazırda iki turdan sonra hər iki komandanın 3 xalı var. Qol nisbətinə görə, "Sabah" 22-ci, "Borussiya" isə 18-ci pillədə qərarlaşır.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20 oktyabr
20:45. "Sabah" (Azərbaycan) - "Borussiya" (Dortmund, Almaniya)
Hakimlər: Xavyer Alberola, Alfredo Moreno, Karlos Alvarez Fernandes, Viktor Qarsiya Verdur (hamısı İspaniya)
VAR: Sezar Soto Qrado (İspaniya)
AVAR: Valentin Qomez (İspaniya)
Bakı Olimpiya Stadionu
Bakı ilk FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçılarını qəbul edir