21 oktyabr 2026 11:00
177

Avropa birinciliyində 9 medal qazanmış atletlərimiz Vətənə qayıdıb!


Albaniyanın Dürres şəhərində keçirilmiş U23 və gənclərin Avropa birinciliyində uğurla çıxış etmiş atletlərimiz ölkəmizə qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımız üçün təntənəli qarşılanma mərasimi keçirilib. Qarşılanma zamanı Avropa birinciliyində medal qazanmış atletlərimiz media nümayəndələrinin suallarını cavablandırıblar.
Sərdar Həsənov
Yığma komandanın baş məqşçisi
“Bura qədər gəldiyiniz üçün hər birinizə minnətdarlığımı bildirirəm. Yadınızdadırsa ötən yarışda da deyilmişdi ki, bizim üçün kəmiyyət deyil, keyfiyyət əsasdır. Albaniyada keçirilən yarışda biz bunu bir daha sübut etdik. 3 idmançı ilə getdik və hər biri medallar qazandı. Təbii ki, belə yarışda daha çox idmançı ilə təmsil olunmaq istəyirik. Amma məqşçilər heyəti olaraq işimizi real nəticələrə əsasən qururuq. Yığma komandamızın qapısı hər kəsə açıqdır. Bugün kim fiziki və psixoloji cəhətdən hazırdırsa ona şans verilir. Qarşıda bizi lisenziya xarakterli yarışlar gözləyir. Hazırlıqlarımız plan üzrə gedir.”  
Rahilə Hüseynzadə
Avropa birinciliyinin mükafatçısı
“Bu qələbəmi Vətən Müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Əsl qələbəni bizə onlar qazandırdı. Yarış müddətində federasiyamızın prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov da Albaniyada idi. Onlar da bildirdi ki, belə əlamətdar tarixdə Vətənə qələbə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik. Çox şükür belə də oldu. Üstəlik Azərbaycan ağırlıqqaldırma tarixində U23 kateqoriyasında mükafat qazanan ilk yerli idmançı olduğum üçün sevincliyəm.”      
Fuad Həsənov
Avropa birinciliyinin mükafatçısı
“Əvvəlcə onu deyimki, yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Bu uğurun təməlində bizə yaradılan şərait və məşqçilərimizin gərgin əməyi dayanır. Çalışdım ki, hər yanaşmanı uğurla tamamlayım. Yüz faizlik nəticə göstərmək bəzən çətin olur. Minimum hədəfimiz yarışdan medal gətirmək idi və sevinirəm ki, bunu bacardıq.” 

Qasım İsmayılov
Avropa birinciliyinin mükafatçısı
“Yarışa 3 nəfər yollanmışdıq və hər birimiz mükafat qazanmağı bacardıq. Təbii ki, daha yaxşı ola bilərdi. Bizim idmanda hər kiloqram önəm kəsb edir. Çıxışımı rəqiblərə görə yox, öz gücümüzə görə qiymətləndirməyə çalışıram. Çünki yarışdan-yarışa rəqiblər dəyişə bilir. Çalışıram ki, özümə aid nəticələri artan templə yeniləyim. Məqsədimiz odur ki, böyüklərin də yarışında ölkəmizi layiqincə təmsil edək. ”