Heyvan hüquqlarını müdafiə edən PETA təşkilatı “Kristal Pelas” klubundan canlı qartaldan maskot kimi istifadəni dayandırmağı tələb edib.
“İki sahil” xəbər verir ki, BBC-nin məlumatına görə, təşkilat bununla bağlı klubun icraçı direktoru Şeron Leysiyə məktub ünvanlayıb.
2014-cü ildən London təmsilçisinin maskotu Feniks adlı qartaldır. Ondan əvvəl bu rolu 10 il ərzində Kayla adlı dişi qartal yerinə yetirib.
PETA hesab edir ki, stadiondakı səs-küy quşun qorxmasına, istiqamətini itirməsinə və panikaya düşməsinə səbəb ola bilər. Təşkilat bunun həm qartal, həm də azarkeşlər üçün təhlükə yaratdığını bildirir.
Qeyd edək ki, “Kristal Pelas” 1973-cü ildən “qartallar” ləqəbi ilə tanınır.