AZCON Holding-in icraçı direktoru Şahin Babayev Çex Respublikasının nəqliyyat naziri İvan Bednarikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı nəqliyyat infrastrukturunun inkişafı, Orta Dəhlizin imkanlarının genişləndirilməsi, eləcə də aviasiya, dəmir yolu nəqliyyatı və şəhər mobilliyi sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə, həmçinin nəqliyyat layihələrində birgə iştirak, investisiya imkanları və texnologiya mübadiləsi istiqamətində fikir mübadiləsi aparılıb.
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib