Fransa Prezidenti Emmanuel Makron regional hakimiyyət orqanlarının (prefektliklərin) yaxın günlərdə həmkarlar ittifaqları tərəfindən təşkil olunanlar istisna olmaqla, planlaşdırılan bütün nümayişləri qadağan edəcəyini bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə Yelisey sarayının "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
"Söhbət həmkarlar ittifaqı təşkilatlarından gedirsə, prefektlər alternativ marşrutlar təklif edəcəklər. Əgər bunlar həmkarlar ittifaqlarının nümayişləri deyilsə, imkan daxilində hər yerdə qadağan edəcəyik", — deyə Makron hökumət kabinetinin üzvləri ilə gözlənilən aksiyalara həsr olunmuş müşavirənin yekunlarına dair çıxışında bildirib.