26 oktyabr 2026 16:37
148

Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq - Hikmət Hacıyev

Torpaqlarımız işğal altında olduğu 30 il ərzində biz Azərbaycana qarşı yönəlmiş dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq.

“İki sahil” xəbər verir ki bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya zamanı deyib.

Prezidentin köməkçisi qeyd edib ki, CNN müddət əvvəl bölgədəki münasibətlərimizi poza biləcək çox təhlükəli bir məlumat dərc edib. “Bu, Azərbaycan əleyhinə yönəlmiş dezinformasiya kampaniyasının tərkib hissəsi idi. Yəni təkcə jurnalistlər və peşəkar media deyil, həm də diplomatlar bu dezinformasiyanın hədəfi oldular”, - deyə Hikmət Hacıyev qeyd edib.