27 oktyabr 2026 00:54
140

Fransa Kubokunda qalmaqal: Bıçaqlı azarkeş matçın dayandırılmasına səbəb oldu

Fransa Kubokunun 6-cı mərhələsi çərçivəsində keçirilən "Vinyö-de-Bretan" və "Fontene-le-Kont" komandaları arasındakı futbol matçı tribunada əlində bıçaq olan azarkeşin təhlükə yaratması səbəbindən dayandırılıb.

“İki sahil” "Ouest-France" qəzetinə istinadən xəbər verir ki, insident birinci hissənin sonunda baş verən münaqişədən sonra yaşanıb.

Məlumata görə, bıçaqlı şəxsin qarşısını əvvəlcə başqa bir azarkeş alıb. Daha sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayıblar.

Bildirilib ki, saxlanılan şəxs bu yaxınlarda psixiatriya xəstəxanasından buraxılıbmış. O, saxlanıldıqdan sonra yenidən xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar barədə məlumat verilməyib. Təhlükəsizlik səbəbindən təxminən yarım saat dayandırılan matç ərazidə təhlükəsizlik təmin edildikdən sonra bərpa olunub. Qarşılaşma "Fontene-le-Kont" komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.