Oktyabrın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “Sığırlı kənd” ,“ Sığırlı kənd 1” ,“ “Aran qəsəbəsi” ərazi partiya təşkilatlarında VIII Qurultayın yekunlarına həsr olunmuş növbəti tədbirlər keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirlərdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, ərazi partiya təşkilatlarının sədrləri, və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirləri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov Prezident İlham Əliyevin qurultaydakı nitqinin dövlət siyasətinin prioritetlərini, milli maraqların qorunmasının və cəmiyyətin qarşısında dayanan vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin əsas istiqamətlərini müəyyən etdiyini bildirib. Diqqətə çatdırılıb ki, YAP-ın VIII Qurultayı partiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoyub. Ölkə rəhbərinin qurultaydakı konseptual çıxışı milli-mənəvi dəyərlərin sarsılmazlığı, sosial-iqtisadi islahatların dərinləşməsi və xüsusilə yeni nəslin -gənclərin dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşması istiqamətində fəaliyyətimizin əsas strateji sütunudur.
Çıxış edən “Sığırlı kənd” ərazi partiya təşkilatının sədri Mehman Əmirov, Mənzil İstismar Sahəsinin rəisi Mirnamik Rəhimli VIII Qurultayın nəticələrinin əhəmiyyətindən danışaraq qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd ediblər. Bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə və dövlətçilik prinsiplərinə sadiqlik hər bir partiya üzvünün fəaliyyətində əsas meyar olmalıdır.
Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir