31 oktyabr – 1 noyabr tarixlərində İordaniyanın paytaxtı Ammanda cüdo üzrə gənclər arasında Asiya Kuboku keçiriləcək.
Beynəlxalq yarışda ölkəmizi 4 çəki dərəcəsində 5 cüdoçu təmsil edəcək. İdmançılarımız tatamiyə gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar.
Asiya Kubokunda 19 ölkədən 140 cüdoçu mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Qızlar
-48 kq
Gülşən Hüseynova
Gülgəz Musayeva
-52 kq
Çinarə Sadıqova
-57 kq
Aytən Verdiyeva
-63 kq
Ayan Əliyeva