27 oktyabr 2026 13:49
130

Yaxın vaxtlarda Kür çayının suyunun azalması gözlənilmir

Yaxın vaxtlarda Kür çayının suyunun azalması gözlənilmir. 

"İki sahil" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaydan Dövlər Su Ehtoyatları Agentliyinin nümayəndəsi Akif Quliyev deyib.

O bildirib ki, hazırda 14 milyarddan yuxarı suyun toplanması həyata keçirilib: "Bildiyiniz kimi, ümumiyyətlə bu sadalanan işlərin hər birinə cənab Prezident tərəfindən yaradılmış Su Komissiyası tərəfindən xüsusi nəzarət edilir. Biz agentlik olaraq suyun uçotunun aparılması istiqamətində hər bir işlərimiz — həm anbarların doldurulması, həm anbarların boşaldılması, həm Kürə suyun buraxılması ilə bağlı gündəlik hesabatlar aparılır, aidiyyəti üzrə təqdim olunur. Və qeyd eləmək istəyirəm ki, Kür çayının səviyyəsinin düşməsi hələlik bir neçə il mümkün olmayacaq. Amma bir neçə il əvvələ dər Kürün səviyyəsinin düşməsinin səbəblərindən biri ekoloji tarazlığın pozulması idi ki, bu da yağntıların az olması idi".