27 oktyabr 2026 16:09
106

Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır

Böyük Britaniya hökuməti Avropa İttifaqı (Aİ) ilə insanların sərbəst hərəkəti rejiminə qayıdış barədə danışıqlar aparır.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Birləşmiş Krallıq Aİ ilə münasibətlərin möhkəmləndirilməsi üçün müxtəlif variantları müzakirə edir və bu barədə yaxın həftələrdə rəsmi bəyanatın veriləcəyi gözlənilir.

Noyabrın 20-də Brüsseldə Böyük Britaniya – Aİ sammiti keçiriləcək.

Tərəflərin sammitin yekunlarına əsasən, qida məhsulları və içkilər üçün keyfiyyət standartlarının yaxınlaşdırılmasını, eləcə də müdafiə, rəqəmsal və sənaye sektorlarında dövlət müqavilələrinin bölüşdürülməsi zamanı Aİ üzvü olan ölkələrin məhsullarına üstünlük verən Avropanın "Avropada istehsal olunub" (Made in Europe) proqramına krallığın qoşulması məsələsində irəliləyişi elan edəcəkləri gözlənilir.