26 oktyabr 2026 19:00
102

Bakıda III İslam Maliyyə Forumu keçirilib

ASA-nın İcraçı direktoru Abas Miskərlinin də iştirak etdiyi tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı,  millət vəkili Ceyhun Məmmədov və digər rəsmilər çıxış ediblər.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda İslam maliyyəsinin inkişafı, İslam bankçılığı, sukuk, lizinq və mikromaliyyə məhsullarının tətbiqi, həmçinin bu sahədə kadr hazırlığı və beynəlxalq sertifikasiya məsələləri müzakirə olunub.