27 oktyabr 2026 22:46
97

Bu ərazilərdə işıq olmayacaq

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Yasamal və Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM), eləcə də Sabunçu RETSİ-nə daxil olan 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.

“İki sahil” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki,həmçinin Qaradağ RETSİ ərazisində yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.

Yasamalda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Muradov, Əsəd Əhmədov, İsfəndiyar Zülalov, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Murtuza Muxtarov, Şamil Əzizbəyov küçələri, Azərbaycan prospekti, həmçinin Yeni Yasamal 1 və 2 yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nəsimi rayonu Rasim Səfərov küçəsi və 3-cü Alatava yaşayış massivinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 14:00-dək Sabunçu rayonu Ramanı qəsəbəsində yerləşən Şuşa şəhərciyini də əhatə edəcək.

Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci və 2-ci massivdə saat 10:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına hesablanıb.