28 oktyabr 2026 22:46
145

Zelenski: Niderland Ukraynaya 1,7 milyard avroluq yardım paketi ayıracaq

Niderland Ukraynaya 500 milyon avro dəyərində yeni hərbi yardım paketi və 1,2 milyard avro həcmində qeyri-hərbi yardım göstərəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Rob Yettenlə görüşünün yekunları üzrə sosial şəbəkələrdə bildirib.

Zelenskinin sözlərinə görə, hərbi yardım, xüsusilə, hava hücumundan müdafiənin gücləndirilməsinə töhfə verəcək. Qeyri-hərbi paket çərçivəsindəki vəsaitlər enerji sektorunun dəstəklənməsi, infrastrukturun bərpası, sosial sahə və səhiyyəyə yönəldiləcək.

Tərəflər həmçinin Əbu-Dabidə ABŞ, Rusiya və Ukraynanın üçtərəfli görüşünə hazırlığı müzakirə ediblər. Zelenski qarşıdan gələn danışıqlar zamanı avropalı tərəfdaşların mövqeyinin nəzərə alınmasının vacibliyini qeyd edib.