Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır. Belə ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illik inflyasiyanın həm 2026-cı ilin, həm də 2027-ci ilin sonunda 5,9 faiz olacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Bankın faiz dəhlizlərinin parametlərinə dair qəbul edilmiş qərard bildirilir.
“İyul proqnozu ilə müqayisədə inflyasiya proqnozu 2026-cı ilə 0,2 faiz bəndi aşağı, 2027-ci ilə isə 0,1 faiz bəndi yuxarı dəyişdirilib. Qeyd edək ki, baza ssenari üzrə proqnozlar dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib