Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi və növbəti toxum sərgi-satış yarmarkası Sabirabad rayonunda keçirilib.
“İki sahil” xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyətinon binasında təşkil olunan panel çərçivəsində fermer və sahibkarlara kənd təsərrüfatında tətbiq olunan dəstək tədbirləri, təsərrüfatların inkişafı üçün mövcud imkanlar və bu imkanlardan yararlanma qaydaları barədə məlumat verilib. Görüş zamanı iştirakçıların sualları dinlənilib, onları maraqlandıran məsələlər üzrə məlumatlar təqdim olunub.
Müzakirələrdə aqrar sahənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri iştirak edərək öz fəaliyyət sahələri, fermerlərə təqdim olunan xidmətlər və dəstək mexanizmləri haqqında danışıblar. Dövlət proqramlarının icrası, istehsalçıların maliyyə imkanlarının genişləndirilməsi və kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi diqqət mərkəzində olub.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər. Çıxışlarda aqrar istehsalın inkişafı, fermerlərin dövlət dəstəyi tədbirləri barədə məlumatlandırılması və təsərrüfatların səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb.
Müzakirələrdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın prioritetləri, Aqrar Subsidiya Şurasının qərarları barədə məlumat verilib. İştirakçıların sualları cavablandırılıb.
Həmçinin, aqrar sığorta xidmətləri, subsidiyaların tətbiqi, istehsalçıların maliyyə resurslarına çıxışı, bitkiçilik və heyvandarlıq sahələrində inkişaf perspektivləri, eləcə də qida təhlükəsizliyi və məşğulluq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində fermer və sahibkarların müraciətləri aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb.
Toxum sərgi-satış yarmarkası çərçivəsində fermerlərə əkin prosesində aqrotexniki qaydaların tətbiqi, torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi və düzgün qulluq tədbirləri barədə də geniş məlumat verilib. Bölgənin torpaq və iqlim şəraitinə uyğun toxumlardan istifadə edilməsi tövsiyə olunub.
Sərgi zamamı ayrı-ayrı rayonların ixtisaslaşmasına uyğun yerli və xarici toxum nümunələri təqdim olunub. Fermerlər toxumların məhsuldarlıq göstəriciləri, rayonlaşdırılması, istifadə xüsusiyyətləri və əldə olunma imkanları barədə məlumat alıblar.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir