30 oktyabr 2026 20:36
139

Naxçıvan şəhərində binaların istilik təchizatıına noyabrın 1-də başlanılacaq

Naxçıvan şəhərində 2026–2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-dən start veriləcək.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən “İki sahil”ə bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, soyuq iqlim şəraiti nəzərə alınaraq ölkənin 26 şəhər və rayonunda istilik mövsümünün müddəti 2026-cı il noyabrın 1-dən 2027-ci il mayın 1-dək müəyyən edilib.

Bununla əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən, noyabrın 1-dən şəhərdəki bütün fərdi və mərkəzləşdirilmiş qazanxanaların fəaliyyəti təmin olunacaq.

Beləliklə, müəyyən edilmiş tarixdən etibarən Naxçıvan şəhəri ərazisində istilik təchizatına başlanılacaq.