31 oktyabr 2026 08:57
125

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensiv zərbələr mərhələsinə" hazırlaşmağa çağırıb.

Vaşinqtonun Fars körfəzindəki müttəfiqləri isə İranın mümkün cavab tədbirlərindən ehtiyat edərək gərginliyin azaldılmasına çalışırlar.

Bundan əvvəl İran mümkün "terror aktları" halında hərbi plan hazırladığını açıqlayıb və rəqibin, eləcə də onun regional müttəfiqlərinin obyektlərinə zərbələrin əhatəsini genişləndirəcəyini bildirib.