Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib.
“İki sahil”in məlumatına görə, bildirilib ki, "iOS", "iPadOS" və "macOS" əməliyyat sistemlərinin müəyyən versiyalarında qeydə alınmış bu boşluq kiberdələduzların cihazları ələ keçirməsinə şərait yaradır.
"Belə ki, hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, "WhatsApp" və "Telegram" hesablarına aldadıcı mesajlar vasitəsilə zərərli fayllar göndərilir. Həmin fayllar əməliyyat sistemlərinin son yenilənmiş versiyalarını istifadə etməyən vətəndaşların cihazlarının dələduzlar tərəfindən ələ keçirilməsinə yol açır. Bu da istifadəçi məlumatlarının icazəsiz əldə edilməsi ilə nəticələnə bilər".
Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edib:
iPhone, iPad və Mac cihazlarının əməliyyat sistemlərini mövcud olan ən son versiyaya yeniləyin;
Naməlum və etibarsız mənbələrdən gələn faylları açmayın;
Avtomatik sistem yeniləmələrini aktiv edin.
Məzahir Əfəndiyev Göyçayda şəhid ailəsi ilə görüşdü, vətəndaşların müraciətlərini dinlədi
Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO
Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır