Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb.
"Varşavadakı Konstitusiya Tribunalında ötən gecə baş verən hadisələri uğurlu adlandırmaq olmaz. Lakin alternativ olaraq Polşanın konstitusiyaya zidd şəkildə prezident respublikasına çevrilməsinə razılıq vermək olardı. Polşanı hələ də parlamentin seçdiyi koalisiya hökuməti idarə edir", - Sikorski vurğulayıb.
Qeyd edək ki, oktyabrın 30-u axşam saatlarında Varşavada Konstitusiya Tribunalının binası qarşısında etirazçılar toplaşıb, onların bəziləri içəri daxil olmağa cəhd ediblər. Buna səbəb məhkəmə rəhbərliyi ətrafında yaranmış münaqişə olub: məhkəmə saytında sədr Boqdan Svençkovski və onun müavini Bartoş Soxanskinin vəzifədən kənarlaşdırılması barədə məlumat dərc olunub. Baş verənlərin fonunda Polşa prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb.
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib
Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir
Arsen Venger: Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu