Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva şəhərində terror aktı hazırlığı ilə bağlı ABŞ tərəfdən məlumat alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya FTX-dən bildirilib.
“ABŞ tərəfi tərəfdaşlıq kanalları vasitəsilə Moskvada terror aktı hazırlığı barədə məlumat verib. Hazırda müvafiq tədbirlər görülür”, – deyə qurumdan bildirilib.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Rusiyadakı səfirliyi oktyabrın 31-də Moskvadakı “Tsaritsıno” Dövlət Muzey-Qoruğunun ərazisində mümkün təhlükə barədə xəbərdarlıq edib. Diplomatik nümayəndəliyin saytında yayılan məlumatda insan tələfatına səbəb ola biləcək hadisə təhlükəsi ilə bağlı etibarlı məlumatın olduğu qeyd edilib.
ABŞ səfirliyi öz vətəndaşlarını həmin əraziyə və insanların kütləvi toplaşdığı məkanlara getməməyə çağırıb.