“Real”ın baş məşqçisi Joze Mourinyo İspaniya çempionatında “Barselona” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra komandadakı ab-havadan danışıb.
“İki sahil” xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, portuqaliyalı mütəxəssis komandanın uğura baxmayaraq əvvəlki iş rejiminə qayıtdığını bildirib:
"Heç nə dəyişməyib. Əlbəttə, əhval-ruhiyyə nəticələrdən asılıdır. Amma mən komandada həmişə qarşılıqlı hörmət, işləmək istəyi, qələbə və məğlubiyyətlərə sakit münasibət görmüşəm. Komandamız gəncdir, amma futbolçular böyük yetkinlik nümayiş etdirirlər. Barselonadakı qələbəni qeyd etdikdən sonra əvvəlki konsentrasiya və motivasiya ilə adi məşqlərimizə qayıtdıq. Bu mövsüm məqsədimiz bir oyunda “Barselona”ya qalib gəlmək deyil, çempion olmaqdır".
Qeyd edək ki, “Real” noyabrın 1-də La Liqanın 11-ci turunda səfərdə “Rasinq”lə qarşılaşacaq.