Yeddi "OPEC+" ölkəsi dekabrda neft hasilatı kvotasının əvvəlki səviyyədə saxlanılması barədə razılığa gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
"Bu, hasilatla bağlı siyasətdə gələcək düzəlişlərin gələn ildən tez olmayaraq aparılacağı ilə bağlı gözləntilərə uyğundur", - məlumatda bildirilib.
Yekun qərarın qəbul ediləcəyi görüş noyabrın 1-də keçiriləcək.
Xatırladaq ki, 2025-ci ilin aprelindən səkkiz "OPEC+" ölkəsi əvvəllər azaldılmış həcmləri bazara qaytararaq neft hasilatını tədricən artırmağa başlayıb. 2025-ci ilin sentyabrında onlar gündə 2,2 milyon barel məhdudiyyətini tamamilə ləğv edib, oktyabrda isə daha bir ixtisarın - 1,65 milyon barel azalmanın ləğvinə başlayıblar.
BƏƏ 2026-cı il mayın 1-də OPEC və "OPEC+"dan çıxdıqdan sonra format yeddi ölkənin tərkibində işini davam etdirib. 2026-cı ilin sentyabrında onlar qalan məhdudiyyətlərin ləğvini başa çatdırıblar. Beləliklə, ilyarım ərzində ölkələr əvvəllər ixtisar edilmiş bütün neft həcmlərini - gündə 3,85 milyon barel göstəricisini dünya bazarına qaytarıblar.
“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub