Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.
“İki sahil” xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikini çatdırıb. Təbrikdə deyilir:
“Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir daha bildirmək istəyirəm. Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti”.
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq