Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elnur Məmmədli və Elnur Mirzəzadə ilə növbəti görüş keçirib.
DİM-dən “İki sahil”ə verilən məlumata görə, görüş zamanı süni intellektin yaratdığı yeni imkanlar və çağırışlar, bu texnologiyaların gələcək layihələrdə tətbiqi və mentilərin innovativ təşəbbüslərə cəlb olunması ətrafında fikir mübadiləsi aparılıb.
M.Abbaszadə süni intellekt texnologiyalarının imkanlarından istifadə etməklə layihələrin həyata keçirilməsi, innovativ həllərin qiymətləndirmə proseslərinə tətbiqi ilə bağlı öz tövsiyələrini bölüşüb. Görüşün sonunda növbəti mərhələyə kimi mentilərin üzərində işləyəcəkləri tapşırıqlar müəyyən edilib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.
Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
Binəqədi, Xətai və Xəzər rayonlarının bir sıra yaşayış sahələrində işıq olmayacaq
Gənclərin təşəbbüsü, kitabların birləşdirdiyi üfüqlər: “Oxu və paylaş” layihəsi Zəfər Günü tədbirində təqdim olunub FOTO, VİDEO
Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib