07 noyabr 2026 09:17
103

Bu gün iki oyun olacaq

Bu gün Misli Premyer Liqasında XI turun növbəti qarşılaşmaları keçiriləcək.

“İki sahil” xəbər verir ki, günün proqramına iki görüş daxildir.

İlk matçda "Şəfa" "Araz-Naxçıvan"ı qəbul edəcək. "SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Günün digər görüşündə "Zirə" "Qəbələ" ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 18:30-da start götürəcək.

Misli Premyer Liqası

XI tur

7 noyabr

16:00. "Şəfa" - "Araz-Naxçıvan";

18:30. "Zirə" - "Qəbələ".