07 noyabr 2026 10:06
68

Robot mağazada cəmi bir gün işlədi və...

Çinin "Agibot" şirkətinin altı insanabənzər robotu Şanxayda sutkaboyu fəaliyyət göstərən mağazada 24 saatlıq növbədə işləyib. Bu müddət ərzində robotlar təxminən 2 000 tapşırıq yerinə yetiriblər: qəhvə hazırlayıb, mağazanı təmizləyib və müştərilərə xidmət göstəriblər.

“İki sahil” xəbər verir ki, bu barədə "TechSpot" nəşri məlumat yayıb.

Lakin robotlardan yalnız dördü sınaqdan uğurla keçib. Belə ki, dolub-daşan zibil qutusu ilə qarşılaşan təmizlik robotu koordinasiyasını itirərək mağazanı tərk edib. Piştaxtaları yoxlamağa cavabdeh olan digər robot isə kifayət qədər çevik işləməyib.

Mağaza rəhbərliyi əmək intizamının pozulması ilə barışmayaraq hər iki robotu "işdən çıxarıb". Digər dörd robot isə, görünür, vəzifələrinin öhdəsindən gəlib.

Qeyd edək ki, robotları hazırlayan şirkət sınağı "Robotlar heç vaxt növbəni tərk etmirlər" adlı eksperiment çərçivəsində keçirib. Təcrübə onlayn yayımlanıb.

Eksperimentin məqsədi robotların adi mağaza şəraitində işçilərin vəzifələrini necə yerinə yetirdiyini göstərmək olub. Lakin nəticələr insanabənzər robotların da gözlənilməz davrana bildiyini ortaya qoyub.