07 noyabr 2026 23:59
186

Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub

2026-cı ilin 7 noyabr tarixində Meksikada Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyan, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən misilsiz qələbənin rəmzi olan 8 noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub.

“İki sahil” xəbər verir ki, Mexiko şəhərinin ən əhəmiyyətli və emblematik prospektlərindən biri olan tarixi Reformada yerləşən, Azərbaycan xəritəsi abidəsinin də olduğu Meksika - Azərbaycan Dostluq Parkında baş tutan tədbirdə Meksika Hərbi Dəniz Qüvvələrinin simfonik orkestri tərəfindən Azərbaycan və Meksika himnləri səsləndirilib. Azərbaycan xəritəsi abidəsinin qarşısına əklil qoyulub.

Tədbirdə Azərbaycanın Meksikadakı Səfirliyinin kollektivi, Azərbaycan diasporunun üzvləri, Meksika ictimaiyyətinin nümayəndələri iştirak edib.