Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib.
Ermənistanın işğal edilmiş ərazilərdə bir neçə istehkam, bəzi yerlərdə 6-7 müdafiə xətti qurduğunu, bütün yerlərin minalandığını söyləyən dövlətimizin başçısı deyib: “Tikanlı məftil, istehkamlar, əlverişli mövqelər, təpələr, dağlar - bütün bunlar bizim üçün böyük çətinliklər yaradırdı. Ermənistan tərəfi əmin idi ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edə bilməyəcək, yaxud da ki, kimsə bizə bu icazəni verməyəcək. Onlar səhv etdilər və Azərbaycan xalqı bir daha bütün dünyaya nə qədər böyük xalq olduğunu göstərdi”.
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar
Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO