09 noyabr 2026 09:30
94

Çin raketi "SatNet" internet peyklərini orbitə çıxardı

Çinin “Çançjen-12” (“Böyük yürüş-12”) daşıyıcı raketi qlobal internet əhatə dairəsinin yaradılması məqsədilə "SatNet" peyk qrupunun daha doqquz peykini bazar ertəsi uğurla orbitə çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Raket Haynan adasında yerləşən Vençan kosmodromundan Pekin vaxtı ilə saat 04:24-də (Moskva vaxtı ilə 23:24) buraxılıb. Peyklər nəzərdə tutulan aşağı Yer orbitinə uğurla çıxarılıb.

Buraxılış qlobal genişzolaqlı internet əhatəsini təmin etmək, ölkənin inkişaf edən rəqəmsal iqtisadiyyatını, milli təhlükəsizlik ehtiyaclarını və beynəlxalq rabitəni dəstəkləmək məqsədi daşıyan milli peyk internet sistemi SatNet-in yaradılması proqramı çərçivəsində həyata keçirilib.

Hazırkı peyk qrupu bu proqram üzrə orbitə çıxarılan sayca 29-cu qrupdur.