09 noyabr 2026 10:26
63

Çində yaşayış binası yanıb - 14 nəfər ölüb

Çinin şimalında - Taiyuan şəhərində yerləşən yaşayış binasında baş vermiş yanğın nəticəsində 14 nəfərin həlak olduğu bildirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Çinin “Sinxua” dövlət agentliyi məlumat yayıb.

Yanğın bazar günü saat 17:00 radələrində Şansi əyalətinin Taiyuan şəhərində yerləşən yaşayış binasında baş verib.

Agentlik bildirib ki, ümumilikdə 38 nəfər tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıb. Onlardan beşi həyatını itirib. Bazar ertəsi səhər saatlarında isə ölənlərin sayının 14 nəfərə çatdığı açıqlanıb.

Məlumata görə, yanğın bazar günü söndürülüb, axtarış-xilasetmə əməliyyatları isə başa çatdırılıb. Yanğının başvermə səbəbi araşdırılır.