17 noyabr 2026 21:00
56

567 nömrəli marşrutun avtobusları yenilənir

Qobu qəsəbəsini “Avtovağzal” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.

Noyabrın 18-dən marşrut üzrə 11 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus 9-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək. 

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,70 AZN müəyyən edilib.