Azərbaycan Dəmir Yolları Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişin daşımalarını bərpa edir.
“İki sahil” xəbər verir ki, Bakıdan Balakənə ilk qatar 20 noyabr saat 23:30, əks istiqamətdə isə 21 noyabr saat 21:10-da yola düşəcək.
Hərəkət cədvəlinə əsasən, gecə reysləri vasitəsilə sərnişinlər səhər saatlarında mənzil başına çatacaqlar. Bu, həm işgüzar səfərlər, həm də turizm və şəxsi səyahətlər baxımından əlverişli nəqliyyat alternativi yaradır.
Biletlərin qiyməti Bakıdan Balakən istiqamətində 16,20 manatdan başlayır.
Sərnişinlərə standart və standart+ sinifləri üzrə xidmət göstəriləcək. Yataq tipli vaqonlarda təşkil edilən səfərlər zamanı sərnişinlərin rahat istirahəti və təhlükəsizliyi üçün zəruri şərait təmin ediləcək.