20 noyabr 2026 18:45
290

SUPER LİQADA NÖVBƏTİ OYUN KEÇİRİLİB


Qadın voleybolçuların Super Liqasının III turu çərçivəsində “AZERRAIL” və “DH Volley” komandaları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşma “DH Volley” klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Super Liqada növbəti oyun sabah saat 14:00-da “Murov Az Terminal” VK-nın idman zalında keçiriləcək. Bu görüşdə “Murov Az Terminal” və “Gəncə” komandaları qarşılaşacaqlar.

20 noyabr
Super Liqa
III tur
“AZERRAIL” - “DH Volley” 0:3 (16:25, 12:25, 16:25)