Son bir həftə ərzində Hörmüz boğazı və ətrafında azı altı neft tankerinə hücum edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin həftəlik hesabatında bildirilib.
Məlumata görə, noyabrın 12-dən 18-dək Hörmüz boğazında dörd, Körfəzdə isə iki hücum qeydə alınıb. Hadisələr nəticəsində iki gəminin köməyə ehtiyacı yaranıb, digər dörd hadisənin nəticələri isə hələlik məlum deyil. Gəmilərdən heç biri batmayıb.
Noyabrın 17-də Omanın Xasab limanının şimalında tankerə naməlum sursatın dəyməsi nəticəsində bir heyət üzvü itkin düşüb, 11 nəfər yaralanıb. Yanğın baş verən gəmi daha sonra yedəyə alınaraq limana aparılıb.
Hesabatda qeyd olunur ki, Hörmüz boğazından gəmi daşımalarının həcmi müharibədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 65 faiz azdır. Bölgədə təhlükə səviyyəsi isə “ciddi” olaraq qiymətləndirilir.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsinin fəaliyyəti bərpa olunub