Noyabrın 20-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Şuradan “İki sahil”ə verilən məlumata görə, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sistemində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Həmçinin hakimlər barəsində intizam icraatı üzrə işlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Bununla yanaşı, Şuranın fəaliyyətinə dair cari məsələlər, o cümlədən Şura üzvlərindən ibarət etik davranış üzrə Etika Komissiyasının tərkibinin formalaşdırılması məsələsi müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Böyük perspektivlər vəd edən Azərbaycan-Vyetnam hərbi əməkdaşlığı sülh və təhlükəsizliyə xidmət edir
Səbail və Yasamal rayonlarının bəzi ərazilərində su təchizatında fasilə yaranacaq
Media və Yayım Şurası onlayn və çap media subyektlərinə dəstək müsabiqəsi elan edib