21 noyabr 2026 18:18
286

Azərbaycan basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.

Qərara əsasən, 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda keçiriləcək.