Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 22-də IX siniflər üçün buraxılış imtahanı modelinə uyğun qiymətləndirmə monitorinqi keçirilib. Məqsəd şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi olub.
Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, monitorinqdə 4500-dən artıq şagird iştirak edib.
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil edilib.
Səbail və Yasamal rayonlarının bəzi ərazilərində su təchizatında fasilə yaranacaq
Media və Yayım Şurası onlayn və çap media subyektlərinə dəstək müsabiqəsi elan edib