Biz italyanlar üçün qonaqpərvərlik həyat tərzimizin mühüm xüsusiyyətlərindən biridir. Burada, azərbaycanlı dostlarımızın bizi qarşılama tərzi sayəsində özümüzü evimizdəki kimi hiss etdik. Buna görə sizə ürəkdən təşəkkür edirəm.
“İki sahil” xəbər verir ki, bunu İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan-İtaliya biznes forumunda çıxışı zamanı deyib.
O bildirib ki, öz ölkəsindən 200-dən çox şirkətin iştirakı ilə keçirilən bu forumda olmaq onun üçün böyük məmnunluqdur: “Azərbaycan ölkəmizin strateji tərəfdaşıdır. Bu illər ərzində çoxsaylı işlər görülüb. Prezidentlərimizin qarşılıqlı səfərləri bu tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verib. Lakin bugünkü biznes forum əməkdaşlığımızda keyfiyyətcə yeni mərhələyə keçid üçün imkan yaratmalıdır. Biz daha iddialı olmalı, əməkdaşlığımızın vətəndaşlarımıza getdikcə daha çox fayda gətirməsinə çalışmalıyıq. Çünki biznesə dəstək siyasətimizin əsas məqsədi məhz sizin fəaliyyətiniz sayəsində həmvətənlərimizin daha yaxşı yaşamasını təmin etməkdir”.
"Hesab edirəm ki, nazirlə Romada keçirdiyimiz görüşdən sonra kritik xammal üzrə ilk memorandumu imzalamağımızın ardınca bu gün həmin sazişin icrasına dair sənədin imzalanması mühüm əhəmiyyət daşıyır. Sənəd birgə müəssisələrin yaradılmasını və bu sahədə birgə fəaliyyətimizi nəzərdə tutur. Kritik xammal sənayenin rəqabət qabiliyyəti baxımından fundamental əhəmiyyət daşıyan məsələdir. Belə xammalın qiyməti bəzən məhsul istehsalı üçün ciddi xərc yükünə çevrilə bilər. Birgə fəaliyyətimiz vasitəsilə xammalın qiymətini azaltmağı və bununla da sənaye sistemlərimizin rəqabət qabiliyyətini artırmağı hədəfləyirik", - deyə italiyalı nazir qeyd edib.
O deyib ki, düşünürəm mövcud beynəlxalq şəraitdə irəliləmək və maneələri aşmaq gücünə malik olmalıyıq: “Azərbaycanlı dostlarımızı əmin edə bilərəm ki, İtaliya yüksəkkeyfiyyətli məhsullar ixrac edir. İtaliya məhsullarının ölkənizdə qəbul edilməsi vətəndaşlarınıza yüksəksəviyyəli məhsullar təqdim etmək deməkdir. İxracımızla bağlı verə biləcəyimiz ən yaxşı zəmanət məhz budur. İqtisadi və sənaye əməkdaşlığı ilə yanaşı, aramızda dostluq münasibətləri də mövcuddur. Həmçinin Yaxın Şərq, Şərqi Avropa, Ukrayna və Rusiya istiqamətlərini nəzərə alsaq, bu regionun sabitliyinin təmin edilməsinə yönəlmiş siyasi əməkdaşlığımız da fundamental əhəmiyyət daşıyır”.
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib
TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır