24 noyabr 2026 09:00
273

Ukrayna 2027-ci ildə BVF-yə 2 milyard dollardan çox borc ödəməli olacaq

Ukrayna 2027-ci ildə Beynəlxalq Valyuta Fonduna (BVF) 2 milyard dollardan çox borc qaytarmalı olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə BVF-nin elektron məlumat bazasında dərc olunan ödəniş cədvəlində bildirilir.

Məlumata görə, Kiyevin 2027-ci ilədək fonda ödəməli olduğu məbləğ 1,48 milyard xüsusi borcalma hüququna (SDR), yaxud 2 milyard dollardan çox vəsaitə bərabərdir.

Qeyd olunur ki, Ukraynanın BVF qarşısında ümumi borcu 14 milyard dolları ötür. Faizlər və əlavə ödənişlər nəzərə alınmaqla, 2046-cı ilədək fonda ödəniləcək ümumi məbləğin təxminən 20 milyard dollar təşkil edəcəyi gözlənilir.