27 noyabr 2026 23:01
185

Ukrayna səfiri Bakıda Estoniyanın xarici işlər naziri ilə görüşüb

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Bakıda Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda Qusev Ukraynaya göstərdiyi davamlı dəstəyə görə Estoniyaya minnətdarlığını bildirib.

O, həmçinin Ukrayna ilə Azərbaycan arasında tərəfdaşlığın və əməkdaşlığın möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyib.

Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində nazir Estoniyanın Azərbaycandakı səfirliyinin açılış mərasimində iştirak edib.