08 oktyabr 2020 16:49
647

Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun döyüş əməliyyatları ilə heç bir əlaqəsi yoxdur

Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən "İki sahil"ə məlumat daxil olub.

Bildirilir ki, oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.