10 oktyabr 2020 11:07
822

Mingəçevirə atılan ballistik hədəfin qalıqları - FOTO

Ermənistanın Mingəçevirə atığı və havada məhv edilən raketin qalıqları

Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının fotogörüntüləri yayılıb.

"İki sahil"-in Müdafiə Nazirliyinə istinadən məlumatına görə, dünən Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfinin Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilməsi barədə məlumat verilib.

Həmin raketin vurulmasından sonra yerə dağılan qalıqlarını əks etdirən fotoları təqdim edirik.