10 oktyabr 2020 20:56
1307

Müdafiə Nazirliyinin adına saxta İnstaqram hesabları açıldı

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta instaqram hesabları açılıb.

"İki sahil" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profillərə istinad etməməyə və aşağıdakı saxta hesabların bağlanılması üçün şikayət etməyə çağırırıq", - deyə nazirliyin məlumatında deyilir. 

https://www.instagram.com/p/ByzdKPXgni4
https://www.instagram.com/mudafie_nazirliyi
https://www.instagram.com/mudafienazirliyiresmi

Bildirilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi instaqram hesabı bu linkdədir: 
https://www.instagram.com/azerbaijan_mod